logo

Cəlilabadda orta məktəbdə külli miqdarda dövlət əmlakı mənimsənilib

12:52 22-09-2023 | icon 1435
Cəlilabadda orta məktəbdə külli miqdarda dövlət əmlakı mənimsənilib

Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan YeniAvropa-ya bildirilib ki, araşdırma zamanı həmin məktəbdə 2018-ci il oktyabrın 8-dən cari ilin 10 martınadək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.