logo

Mağazadan 106 min mqanatlıq oğurluq edən keçmiş məhbuslar saxlanılıb 

12:12 22-09-2023 | icon 1428
Mağazadan 106 min mqanatlıq oğurluq edən keçmiş məhbuslar saxlanılıb 

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən anbarlardan birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,zərərçəkən polisə məlumat verərək naməlum şəxslər tərəfindən obyektdən 84 noutbuk və digər kompüter avadanlıqlarının oğurlandığını, nəticədə ona 106 min manat ziyan dəydiyini bildirib.

Qaradağ rayon Polis İdarəsi və 10-cu polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Rzayev, Riyad Fərəcov və Rüfət Həsənov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, həmin şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər. A.Rzayev, R.Fərəcov və R.Həsənovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə məlumat verə bilərlər.