logo

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

12:31 18-09-2023 | icon 1113
FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Ötən gündən başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, ayrı-ayrı yerlərdə intensiv yağışlar yağıb, bəzi çaylardan sel keçib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, qeyri-sabit hava şəraitinin hazırda davam etməsi ilə əlaqədar nazirlik əhaliyə müraciətində müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə çağırır. Belə ki, mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin güclü küləyin baş vermiş yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayaq ki, qaydalara biganəlik həyatımız üçün təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!