logo

QHT Agentliyinin maliyyələşdirdiyi layihələrin monitorinqinin aparılması Qaydası təsdiqlənib

13:33 15-09-2023 | icon 1505
QHT Agentliyinin maliyyələşdirdiyi layihələrin monitorinqinin aparılması Qaydası təsdiqlənib

“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması Qaydası” təsdiq edilib.

YeniAvropa xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qeyd edilib ki, bu Qərarda dəyişiklik Azərbaycan Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.