Bu ilin ilk altı ayında ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 29 min 191 nikaha daxilolma və 12 min 610 boşanma halları qeydə alınıb.
YeniAvropa Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1-dən 4,9-a enib, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb.