Bu gün saat 16:00 radələrində Laçın rayonunun Qazıdərə kəndinin ərazisində Həkəri çayının sahilində təmir-bərpa işləri aparan şirkətlərdən birinə məxsus ekskavator tank əleyhinə minaya düşüb.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı məlumat verib.
Bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, texnikaya maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.