logo

Dövlət sərhədini pozmaq istəyən şəxslər tutulublar

10:40 13-09-2023 | icon 1561
Dövlət sərhədini pozmaq istəyən şəxslər tutulublar

Sentyabrın 12-də saat 16:45-də “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Sudan vətəndaşları 1998-ci il təvəllüdlü Hassan Abdelgadir Noreen və 1990-cı il təvəllüdlü Ahmed Mahmoud Mohamed Abdelrahman saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib.

Qeyd edilib ki, araşdırma zamanı saxlanılan şəxslərin bu ilin sentyabrın 9-da ölkə ərazisinə rəsmi qaydada gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrinə miqrasiya etmək niyyətində olmaları müəyyən edilib.

Sentyabrın 12-də saat 20:00-da “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Xanoba kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Gəncə şəhər sakini 1963-cü il təvəllüdlü Babayev Ramiz Ələddin oğlu saxlanılıb.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.