logo

İrandan Azərbaycana 17 kq narkotika keçirmək istədilər

18:18 11-09-2023 | icon 1680
İrandan Azərbaycana 17 kq narkotika keçirmək istədilər

Dövlət Sərhəd Xidmətinin(DSX) Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində ümumi çəkisi 17 kiloqram 670 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən bildirilib. Qeyd edilib ki, bundan əlavə sentyabrın 8-də “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 970 qram narkotik vasitənin (430 qram tiryək, 540 qram heroin) İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.