logo

Dövlət Agentliyi abonentlərə sudan israfçılıq etməməyi tövsiyə edir

12:12 11-09-2023 | icon 1407
Dövlət Agentliyi abonentlərə sudan israfçılıq etməməyi tövsiyə edir

Son günlər müşahidə olunan intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlıq həddən artıq yüksək olduğundan Kür Sutəmizləyici Qurğular Kompleksində emal olunan suyun həcmi xeyli azalıb.

Dövlət Su Ehtiyatları Agentliyindən YeniAvropa-ya bildirilib ki, bununla əlaqədar Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, Salyan, Neftçala, Biləsuvar şəhərlərinə, magistral su kəmərlərinin marşrutu boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ və Səbail rayonlarının bir hissəsinə içməli su məhdudiyyətlərlə verilir. Agentlik bu müddətdə abonentlərə içməli suyu qənaətlə istifadə etməyi tövsiyə edir.