logo

İsmayıllıda tanışların mübahisəsi ölümlə nəticələndi

11:55 11-09-2023 | icon 1400
İsmayıllıda tanışların mübahisəsi ölümlə nəticələndi

Sentyabrın 10-da İsmayıllı rayon sakini Ramin Cəfərovun müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğunun mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, ilkin araşdırma zamanı 1960-cı il təvəllüdlü Şamaxı şəhər sakini Şakir Sadayevin sentyabrın 9-da İsmayıllı rayonunun Ərəgit kəndində aralarında yaranmış mübahisə zamanı Ramin Cəfərova kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, Şakir Sadayev şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.