İntensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunun (17.2 km) hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, hadisə baş verən andan etibarən dərhal əraziyə agentliyin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.
Sözügedən yol nəzarətdə saxlanılır və qeyd edilən hissədə qaya parçalarının təmizlənməsi işləri davam etdirilir.