logo

Faktiki hava: Dağlıq ərazilərə qar yağıb

12:52 10-09-2023 | icon 1554
Faktiki hava: Dağlıq ərazilərə qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 10-da saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv olub.

Xidmətdən YeniAvropa-ya bildirilib  ki, Böyük Qafqazın yüksək dağlıq ərazilərində qar yağması müşahidə olunub.

Düşən yağıntının miqdarı Qaxda 17 millimetr, Qubada 15 millimetr, Qusarda 14 millimetr, Kürdəmir, Oğuzda 10 millimetr, Qobustan, Gədəbəydə 9 millimetr, Daşkəsən, Ağdam, Şamaxı, Göygöl, Tərtər, Zərdab, Qəbələ, Göyçay, Şabran, Astara, Naftalan, Zaqatala, Şəmkir, Ordubad, Yevlax, Bərdə, Beyləqan, Şahbuz, Naxçıvan, Sədərək, Balakən, Mingəçevir, İmişli, Salyan, Sabirabad, Biçənək, Gəncə, İsmayıllı, Altıağac, Xaltan, Şahdağ, Cəfərxan, Biləsuvar, Yardımlı, Lənkəranda 8 millimetrədək, Bakıda və Abşeron yarımadasında isə 3 millimetrədək olub.

Qərb küləyi arabir Zaqatalada (Əlibəydə) 34-40 m/s, Naftalanda 24 m/s, Göyçay, Ağdamda 22 m/s, Mingəçevirdə 21 m/s, Şəki, Şahdağda 20 m/s, Bərdə, Naxçıvan, Goranboy, Tərtərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 25-28 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2,8 metrə çatıb.