logo

Yol Polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

12:12 10-09-2023 | icon 1120
Yol Polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə, eləcə də bütün hərəkət iştirakçılarına müraciət edib.

YeniAvropa xəbər verir ki, İdarədən verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə hərəkət iştirakçılarına müraciət edilərək, onlardan yola çıxarkən ehtiyatlı olmaq, yol hərəkəti qaydalarına ciddi formada riayət etmək xahiş olunur.

"Xatırladırıq ki, küləkli havada nəqliyyat vasitələrini sürüşmə, uçma, qırılma, aşma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin, həmçinin ikitəkərli bütün növ nəqliyyat vasitələrini idarə edənlərin isə daha məsuliyyətli olmalarını, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamağı, daşıdıqları yüklərin qablaşdırılmasına xüsusi diqqət yetirilməsini, sürücülər tərəfindən yolu keçən piyadalara qarşı diqqəti artırmağı xahiş edirik!”, - deyə müraciətdə bildirilib.