Qeyri-sabit hava şəraiti nəticəsində Yevlax rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Yevlax rayon Fövqəladə Hallar Komissiyasından YeniAvropa-ya bildirilib ki, sentyabrın 10-da saat 03:55 radələrində ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində (Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndləri) 2600-ə yaxın abonentin elektrik enerjisi ilə təchizatında fasilə yaranıb.
“Yevlax Elektrik Şəbəkə”nin əməkdaşları tərəfindən elektrik enerjisinin verilməsinin bərpası istiqamətində işlər davam etdirilir.