logo

"Şahdağ"a qar yağıb

16:16 09-09-2023 | icon 1799
"Şahdağ"a qar yağıb

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 9-u saat 15:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Oğuz, Qəbələ, Zaqatala, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Cəfərxan, Hacıqabul, Yardımlı, Lənkəranda şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, Şahdağda 3500-3700 metr yüksəkliklərə qar yağması müşahidə olunub.