Abşeronda yeniyetmələr arasında baş verən kütləvi davada iki nəfər bıçaqlanıb.
Rayon Polis İdarəsindən YeniAvropa-ya bildirilib ki, hadisə Xırdalan şəhərinin M.İbrahimov küçəsində qeydə alınıb. İnsident zamanı 16 yaşlı Həsən Əliyev və 15 yaşlı Rəşad Əliyev ürək nahiyəsindən bıçaq zərbələri alıb.
Hadisə yerinə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Hər iki yeniyetmə döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Polis İdarəsində araşdırma aparılır.