Bu gün səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park 3” yaşayış kompleksindən daha 25 ailə Füzuliyə yola salınıb.
YeniAvropa xəbər verir ki, 102 nəfərdən ibarət ailəni Füzuli şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları böyük coşqu ilə qarşılanıb.
Füzuliyə qayıdan ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alıblar.
Bununla da Füzuli şəhərində 95 ailə olmaqla, 349 nəfərin daimi məskunlaşması təmin edilib. Qarşıdakı günlərdə Füzuli şəhərinə ailələrin köçürülməsi davam edəcək.