logo

Yasamalda 33 yaşlı oğlunu öldürən atanın məhkəməsi başlayır

11:11 06-09-2023 | icon 1680
Yasamalda 33 yaşlı oğlunu öldürən atanın məhkəməsi başlayır

Aprelin 8-də Yasamal rayonunda 1990-cı il təvəllüdlü Kamran İsrafilovun öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluqdan YeniAvropa-ya verilən məlumata görə, ibtidai istintaqla 1956-cı il təvəllüdlü Ramiz İsrafilovun Yasamal rayonunun A.M.Şərifzadə küçəsindəki mənzillərdən birində aralarında yaranmış mübahisə zamanı oğlu Kamran İsrafilova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Ramiz İsrafilova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.