Külli miqdarda dövlət vəsaitini talayanların məhkəməsi başlayır
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev və digər əməkdaşların qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, ibtidai istintaqla həmin şəxslərin qabaqcadan əlbir olaraq iş yoldaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin köməyi ilə həmin idarədə formal olaraq işçi kimi rəsmiləşdirdikləri çoxsaylı şəxslərin əməkhaqqı kartlarını götürərək maddi yardım, əməkhaqqı və nəqliyyat vasitələrinə ayrılan yanacaqla bağlı kartlara köçürülmüş ümumilikdə 1 milyon 830 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyənləşdirilib.
Bundan başqa, Ağabəy Ağayev və Mahir Əliyevin cinayət yolu ilə əldə edilmiş pul vəsaitini özləri və qohumlarının adına müxtəlif əqdlər bağlamaqla Bakı şəhəri və Masallı rayonunda çoxsaylı daşınar və daşınmaz əmlaklar alaraq leqallaşdırmaları, eləcə də, Ağabəy Ağayevin ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alması ibtidai istintaq zamanı sübuta yetirilib.
Toplanmış sübutlar əsasında Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2-ci, 179.4-cü (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2-ci (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), Mahir Əliyev və Əjdər Fətullayevə həmin Məcəllənin 179.4, 308.2-ci, Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə qeyd olunan Məcəllənin 32.5, 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələrlə ittiham elan edilib.
İş üzrə müəyyənləşdirilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslər və onların ailə üzvlərinə məxsus daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulub.
Qeyd edilib ki, cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb