logo

Ötən ay 16 nəfəri ilan sancıb

12:52 04-09-2023 | icon 1470
Ötən ay 16 nəfəri ilan sancıb

Avqust yayın son ayı hesab olunur. Builki avqust xeyli isti keçdiyindən ilan sancması halları da xeyli çox olub. Ötən ay ilan sancması ilə əlaqədar 16, həşərat sancması ilə əlaqədar 1 müraciət qeydə alınıb. Zərərçəkənlərə ilkin yardım göstərilərək onların hamısının həyatı xilas edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib.

Baş həkimin verdiyi məlumata görə, avqust ayında dərman zəhərlənməsi ilə əlaqədar 83, sirkə turşusundan 37, spirtli içkidən 17, dəm qazından 2, anafilaktik şokla əlaqədar 1, allergiyadan 4 zəhərlənmə halı olub. Ay ərzində botuluzmlə əlaqədar 1 müraciət edilib.

Zərərçəkənlərin 60-ı kişi, 67-i qadın, 35-i uşaq olub.