Avqustun 31-də saat 23:27-də Şəki stansiyasından 15 km cənubda, Şəki-Oğuz sərhədində maqnitudası 3, dərinliyi 26 km olan zəlzələ qeydə alınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Zəlzələ hiss olunmayıb.