logo

Leysan yağacaq, çaylarda sel və daşqın olacaq-XƏBƏRDARLIQ

21:12 31-08-2023 | icon 1631
Leysan yağacaq, çaylarda sel və daşqın olacaq-XƏBƏRDARLIQ

Sentyabrın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq 4-ü səhərədək bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, ayrı-ayrı yerlərdə, xüsusən də, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvanda, Mərkəzi Aran, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur zonasında yağıntıların intensiv və güclü olacağı ehtimalı var.

Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 20-25 metr/saniyəyədək güclənəcək.

Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Şinçay, Kürmükçay, Oğuz-Qəbələ bölgəsinin Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay, Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.