Allahşükür Paşazadə "G20" Dinlərarası Forumunun ön konfransında iştirak edib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ekumenik Patriarxatın və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə yerləşən Təhlükəsiz Cəmiyyətlər üçün Dinlərarası Alyansın birgə təşkilatçılığı ilə İstanbulda keçirilən “Praktiki əməkdaşlıq: Tək dünya, tək ailə, tək gələcəyə doğru” mövzusunda konfransda iştirak edib.
QMİ-nin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, konfransda iqlim dəyişikliyi, ksenofobiya, terrorizm, nifrət çağırışları kimi müasir dünyanı təhdid edən hallar, qaçqın və məcburi köçkünlərin, eləcə də qadınların və uşaqların hüquqlarının qorunması məsələləri müzakirə olunub.
Xristian-müsəlman akademik dialoqu çərçivəsində təşkil edilən konfransın açılışında Ekumenik Patriarx Varfolomey çıxış etdikdən sonra söz şeyxülislam Allahşükür Paşazadəyə verilib. QMİ sədri Yer Kürəsində qlobal ekoloji və iqtisadi problemlərin, beynəlxalq sabitlik və təhlükəsizliyə ideoloji və praktiki maneələrin artdığı müasir dövrdə siyasi, ictimai və dini liderlərin birgə səylərinin və dinlərarası dialoqun son dərəcə vacib olduğunu vurğulayıb.
Şeyxülislam dünyada beynəlxalq sabitliyə və təhlükəsizliyə böyük təhdid olan ksenofobiya təzahürləri, o cümlədən islamofobiya, xristianofobiya və antisemitizm hallarına toxunaraq qeyd edib ki, Avropanın bəzi ölkələrində dövlət orqanlarının razılığı ilə müsəlmanların müqəddəs kitabı olan “Qurani-Kərim”in təhqir edilməsi və yandırılması faktları dinləri və cəmiyyətləri nifrətə təhrik edən, qarşıdurmanı alovlandıran mənəvi terrordur.
QMİ sədri Azərbaycan xalqının Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq hüquq normalarına, BMT Nizamnaməsinə və onun 4 qətnaməsinə əsaslanaraq, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şeyxülislam bu gün işğal dövründə dağıdılmış milli, dini-mənəvi abidələrimizin bərpa edildiyini, işğaldan azad olunmuş torpaqlarımızda minatəmizləmə əməliyyatlarının davam etdirilərək yenidənqurma işlərinin aparıldığını vurğulayıb.
Qeyd edilib ki, Azərbaycan multikultural ənənələrə malik tolerant ölkədir. Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, dövlətin qayğı və himayəsi ilə öz ibadətlərini icra edir. Bu, dövlətimizin milli siyasəti və dini dəyərlərə olan ehtiramının göstəricisidir.
Konfrans çərçivəsində QMİ sədri Ekumenik Patriarx ilə də görüşüb. Tərəflər dinlərarası dialoqun vacibliyini, eləcə də müasir dünyanı təhdid edən problemlərin həllində dini liderlərin artmaqda olan nüfuzunu və rolunu məmnunluqla vurğulayıblar.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb