Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar gün ərzində Sumqayıt şəhərinin bir hissəsinə, Yeni Yaşma, H.Z.Tağıyev, Müşfiqabad qəsəbələrinə, Abşeron rayonunun kiçik bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat verib.