logo

Prokurorluq işçilərinin geyim forması və nişanları təsdiqlənib

17:16 29-08-2023 | icon 1470
Prokurorluq işçilərinin geyim forması və nişanları təsdiqlənib

Nazirlər Kabineti “Azərbaycan Respublikası prokurorluq işçilərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi haqqında qərar verib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, qərarda qeyd edilir ki, fərqlənmə nişanları prokurorluq işçilərinə hər geyim forması üçün 2 il müddətinə verilir. Prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluqda qulluq keçmənin xüsusiyyətləri nəzərə alınmaqla, prokurorluq işçilərinə növbəti olaraq verilən xüsusi geyim formalarının əvəzinə Baş prokuror tərəfindən Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilmiş qaydada pul kompensasiyası verilə bilər.