“Tik-Tok”da “kreditə qızıl satan” dələduzlar saxlanılıb
Sosial şəbəkələr vasitəsilə vətəndaşların pul vəsaitlərinin kiber üsullarla talanması barədə müraciətlər üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bu sahədə müşahidə edilən əsas hüquqazidd hallardan biri də “kreditlə qızıl satılır” adı altında xüsusən “Tik-Tok” sosial şəbəkəsində yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılmasıdır.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sadalanan qanunsuz hallar nəzərə alınaraq bu tipli talama əməllərində şübhəli bilinən növbəti şəbəkənin üzvləri, əvvəllər məhkum olunmuşlar - 1984-cü il təvəllüdlü Elvin Həsənov, 1988-ci il təvəllüdlü Loğman Zayidov və 1985-ci təvəllüdlü Ceyhun Kərimov rəqəmsal texnoloji metodlardan istifadə olunmaqla polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin feyk səhifə və profillərində talamaya məruz qalanların dairəsi müəyyən edilib və qrupun bütün qanunsuz fəaliyyəti aşkarlanıb. Saxlanılan şəxslər vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçiriblər. Dəstə üzvləri izi itirmək məqsədilə “kreditlə qızıl” almaq üçün onlara pul köçürən şəxslərin hesablarını sonradan bloklayıblar və həmin vəsaitləri şəxsi hesablara köçürərək nağdlaşdırıblar. Dəstə üzvləri ifadələrində sosial şəbəkələrdə törətdikləri bu qanunsuz əməlləri ilə 150-dən artıq şəxsə maddi ziyan vurduqlarını etiraf ediblər.
Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində paytaxt ərazisində ayrı-ayrı vətəndaşlara məxsus bank kartlarından müxtəlif məbləğlərdə pul oğurlayan 2001-ci il təvəllüdlü Kənan Bədirli müəyyən olunaraq saxlanılıb. Bu şəxs qeyri-qanuni vasitələrlə ələ keçirdiyi kart məlumatlarını müxtəlif mobil tətbiqlərdə qeydiyyatdan keçirib. Daha sonra Kənan Bədirli pul vəsaitlərini onlayn yolla öz hesabına transfer edərək silsilə oğurluqlar edib.
Hazırda saxlanılan şəxslər barəsində araşdırmalar davam etdirilir. Elvin Həsənov, Loğman Zayidov, Ceyhun Kərimov və Kənan Bədirlinin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər.
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq