logo

Yağıntılı hava avqustun 30-dək davam edəcək

10:30 29-08-2023 | icon 1463
Yağıntılı hava avqustun 30-dək davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1 millimetrədək, Gəncədə 6, Daşkəsəndə 5, Gədəbəy, Qobustan, Şahbuz, Göygöl, Göyçay, Naxçıvan, Naftalan, Xaltan, Şahdağ, Tərtər, Yevlax, Kürdəmir, Ağdam, Bərdə, Şamaxı, İsmayıllıda 4 millimetrədək olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32°, Naxçıvan Muxtar Respublikasında 32-36°, Aran rayonlarında 30-36°, dağlıq rayonlarda 20-25° isti olub.

Avqustun 29-u şimal və qərb rayonlarından başlayaraq 30-u axşamadək əksər rayonlarda hava şəraitinin qeyri-sabit, yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların leysan xarakterli, intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək, bəzi yerlərdə arabir 18-23 metr/saniyəyədək güclənəcək.

Bakıda və Abşeron yarımadasında da avqustun 29-u axşamdan 30-u səhərədək şimal-qərb küləyinin sürətinin saniyədə 15-18 metr olacağı, gecəyə doğru arabir 20-23 metrədək güclənəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır.