logo

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib

20:45 28-08-2023 | icon 1281
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib

1963-cü il təvəllüdlü Salmanov Rahib Vaqif oğlunun müalicə aldığı xəstəxananın binasından özünü ataraq intihar etməsi ilə bağlı Nərimanov rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya  bildirilib ki, hazırda prokurorluq əməkdaşları hadisə yerində cəlb edilib, zəruri istintaq hərəkətləri həyata keçirilir.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, R.Salmanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub, o, 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.