Xaçmaz rayonu ərazisində yaşayan 59 yaşlı Gülxar Cahangirova iyulun 18-i axşam saatlarında yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya bildirilib ki, G.Cahangirova görmə qabiliyyəti məhdud olan şəxsdir və səhhətindəki narahatlıqlarla bağlı müalicə alır.
G.Cahangirovanı görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər və (+994)55-722-27-99 mobil nömrələrinə zəng edərək xəbər vermələri xahiş olunur.