Respublikanın daxili işlər orqanları ötən iki gündə ölkə ərazisində törədilmiş 95 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 110 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 68,o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
Qeyd olunub ki, cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.