logo

“Tik-Tok”da usta adı ilə dələduzluq edən qadın saxlanılıb

10:30 21-08-2023 | icon 2562
“Tik-Tok”da usta adı ilə dələduzluq edən qadın saxlanılıb

“Tik-Tok”da özünü usta kimi təqdim edərək insanları aldadan şəxs saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Sumqayıt şəhərində avtobusda sərnişinlərdən birinin əl çantası oğurlanıb.

Zərərəçəkən Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə müraciət edərək içərisində 900 manat, bank kartları, qızıl-zinət əşyaları və digər qiymətli əşyalar olan çantanın oğurlandığı barədə məlumat verib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Sevinc Sadıqova saxlanılıb. O, ifadəsində etdiyi oğurluq hadisəsini etiraf edib.

Araşdırmalar zamanı Sevinc Sadıqovanın “Tik-Tok” sosial şəbəkəsində özünü ev təmiri ilə məşğul olan usta kimi təqdim edərək ona müraciət edən şəxslərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi də məlum olub. Sevinc Sadıqova barəsində 4-cü Polis Bölməsində araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102" Xidməti-Zəng Mərkəzinə və ya Daxili İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.