“Cəfər Cabbarlı” metrostansiyasının platforması yenidən qurulur
Metronun “Cəfər Cabbarlı” keçid stansiyasının birinci yolunda əsaslı təmir və yenidənqurma işlərinin növbəti mərhələsi başlanıb.
YeniAvropa xəbər verir ki, söküntü işləri hələ tam yekunlaşdırılmasa da, yarasız konstruktiv elementlər bərpa olunmaqdadır. Sərnişin qalereyasının (paylama zalı) tağ-tavanında axıntılar ləğv edilib, tübinq örtüyü təmizlənərək, korroziya əleyhinə boya ilə rənglənib. Orada və stansiya yolunda qrunt sularının istiqamətləndirilməsi üçün paylama zalı və yol tuneli divarlarında novçalar quraşdırılıb. Qrunt suları elastik borular vasitəsilə tavandan bu novçalara, oradan isə drenaj sisteminə yönləndirilir.
Yararsız hala gəlmək üzrə olan sərnişin platforması sökülüb. Möhkəmlənmiş konstruksiyalar üzərində yeni monolit dəmir-beton platforma tikilib və beton örtüyü hamarlanıb. Stansiya yoluna keçid xarakterli 6 pilondan 4-ü yenidən qurulub. Pilon divarları möhkəmləndirilir və bu iş başa çatdıqdan sonra divarların arxasına sement məhlulu vurulacaq. Hazırda platformaaltı sahədə rabitə, işarəvermə və elektrik kabellərinin atılması üçün kronşteynlər quraşdırılır, döşəmənin yeni betonu hamarlanır. Stansiyanın yol divarının qranitlə üzlənməsi üçün hazırlıq işləri başa çatdırılıb, divar betonlanıb, müvafiq konstruksiya qurulub.
Təmirin sonrakı dövründə platforma üzərindəki növbətçi otaq sökülərək yenilənəcək. Sağlamlaşdırma tədbirləri çərçivəsində stansiya və dalan istiqamətində tunel birləşmələrində (diafraqma) gücləndirmə işləri aparılacaq. Orta zalda tübinq bəndləri möhkəmləndiriləcək. “Cəfər Cabbarlı-Xətai” birinci tunel yolunun 100 metr hissəsində tunel köynəyinin (çuqun tübinqin) gücləndirilməsi də planlaşdırılır.
Qeyd edək ki, “Xətai” stansiyası istiqamətində yoldəyişdirici qurğuya qədər və dalan yolunda bu günə kimi 636 metr yol sökülüb, stansiya girişinə qədər olan yol hissəsində sərt özüllü dəmir-beton konstruksiya qurulub. Texnoloji proseslərin ardıcıllığına uyğun olaraq, stansiyada aparılan yenidənqurma işləri başa çatdırıldıqdan sonra yolun üstquruluş elementləri ilə bağlı son tədbirlər görüləcək və yol infrastrukturunun yenidənqurulması prosesi başa çatdırılacaq.
Stansiya yolunda təsərrüfat qatarlarının hərəkəti üçün yolun üst quruluş elementləri müvəqqəti quraşdırılıb. Platformada aparılan işlər başa çatdıqdan sonra yol əsaslı şəkildə qurulacaq. Yeni yolda müvafiq diaqnostika yoxlama-nəzarət tədbirləri şəraitində müasir üstquruluş elementləri, o cümlədən “Vossloh UTS-300” rels bəndləyiciləri tətbiq ediləcək.
Plana uyğun olaraq, daha sonra işlər “28 May” stansiyasına keçid, vestibül və digər texniki və xidməti sahələrdə aparılacaq.
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq