Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb.
YeniAvropa xəbər verir ki, müvafiq qurumların, o cümlədən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları kütləvi məzarlığın aşkarlandığı əraziyə gəliblər.
Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub.
Xatırladaq ki, cari ilin iyununda da Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb.
İşğaldan azad edilən ərazilərdə indiyədək Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib.