logo

6 ayda Azərbaycanda 53 mindən çox körpə doğulub

13:31 15-08-2023 | icon 4690
6 ayda Azərbaycanda 53 mindən çox körpə doğulub

İlin ilk dörd ayı ərzində Azərbaycanda 53 min 918 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2-dan 10,7-ə enib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib. Qeyd edilib ki, doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub.

Körpələrin 1580-i əkiz, 75-i üçəm, 4-ü isə dördəm doğulanlardır.

Yanvar-may ayları ərzində ölkədə 30 min 165 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,5-dən 6,0-a qədər azalıb.