logo

Paytaxtda normadan yüksək nisbi rütubət şəraiti davam edəcək

11:33 15-08-2023 | icon 2198
Paytaxtda normadan yüksək nisbi rütubət şəraiti davam edəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin avqustun 15-i saat 09:00-a olan məlumatına əsasən, avqustun 14-də ölkə ərazisində isti hava şəraiti davam edib, havanın maksimal temperaturu Aran rayonlarında 42°-dək, Naxçıvan Muxtar Respublikasında və Gəncə-Qazax zonasında 40°-dək yüksəlib.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında isə temperatur iqlim normasından 4° yüksək olub.

Sinoptik şəraiti ilə əlaqədar olaraq isti hava dalğasının təsirinin tədricən azalacağı gözlənilir. Lakin Abşeron yarımadasında normadan yüksək nisbi rütubət şəraiti davam edəcək.