Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İran İslam Respublikasından qeyri-qanuni yolla ölkə ərazisinə gətirilmiş narkotik vasitəni satılmasını təmin etmək istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan YeniAvropa-ya bildirilib ki,araşdırmalar zamanı məlum olub ki, Gəncə şəhər sakini Sərxan Nəbiyev sosial şəbəkələr vasitəsilə İran vətəndaşı ilə şəhər ərazisində gizlədilən narkotik vasitəni götürərək orada və kənarda satması barədə razılaşıb. Həmin şəxs Gəncə şəhərində saxlanılaraq Baş Polis İdarəsinə gətiriləndə əlindəki çantadan 17 bükümdə ümumi çəkisi 18 kiloqram narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.