logo

DİN “ASAN xidmət”də vakant vəzifələrə müsabiqə elan edib

11:01 15-08-2023 | icon 1435
DİN “ASAN xidmət”də vakant vəzifələrə müsabiqə elan edib

Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə bilavasitə tabe olan Lənkəran, Masallı, Salyan “ASAN xidmət” mərkəzləri üzrə regional qruplarda vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrinə xanımların qəbulunu elan edir.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan dövlət ali təhsil müəssisələrini bitirən, əvvəllər özü və yaxın qohumları qəsdən törədilən ağır cinayətlərə görə məhkum edilməyən cənub bölgəsi üzrə rayonlarda qeydiyyatda olan vətəndaşlar iştirak edə bilərlər. Onlar müəyyənləşdirilən normalar üzrə yoxlanılacaq, xarici dillərdən birini sərbəst bilən və kompüterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək.

Müsabiqədə iştirak etmək istəyən xanımlar bu il avqustun 28-dək Lənkəran rayonunun Göyşaban kəndindəki DİN-in müvafiq Baş İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinə müraciət edə bilərlər.

Əlavə məlumat almaq istəyən şəxslər (012) 590-64-41 nömrəsinə zəng edə bilərlər.