Azərbaycanda nəzir qutularına hansı qurum nəzarət edir?
Son günlər mediada, o cümlədən sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan biri məscid və ziyarətgahlarda ianələrin toplanması, daha doğrusu, nəzir qutuları ilə bağlıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məsələ ilə bağlı dəfələrlə mövcud vəziyyət və qanunvericilik bazası barədə açıqlama verməsinə baxmayaraq, təəssüf ki, hələ də bəzi mətbuat orqanlarında yanlış fikirlər tirajlayanlar, Dövlət Komitəsinə qarşı haqsız və əsassız ittihamlar səsləndirənlər var.
Komitədən YeniAvropa-ya verilən məlumata görə, bu cür əsassız ittihamlar bəzən bilərəkdən, bəzən də bilməyərəkdən tirajlanır. Nəticədə ictimaiyyətdə ianələr, o cümlədən nəzir qutuları, habelə Dövlət Komitəsinin fəaliyyəti barədə yanlış rəy formalaşdırmağa cəhd edilir.
“İanələr və nəzir qutuları ilə maraqlanan, bu məsələdə qərəzsiz və obyektiv fikir bildirmək istəyənlərdən xahiş edirik ki, mediada və sosial şəbəkələrdə nəsə yazmadan öncə “Dini etiqad azadlığı haqqında” Qanuna ötəri də olsa, nəzər yetirsinlər.
Qanuna əsasən, dini qurumlar (dini ibadət yerləri) könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri, o cümlədən ianə edilmiş pul vəsaitlərini nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edə bilərlər.
İanələrin elektron şəkildə toplanması, sərf olunması ilə əlaqədar Qanundan irəli gələn məsələləri tənzimləmək üçün müvafiq qaydaların layihəsi Dövlət Komitəsi tərəfindən hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Qeyd olunan qaydalar təsdiq olunduqdan sonra ictimaiyyətə ianələrlə bağlı mexanizmin hansı formada tənzimlənəcəyi ilə bağlı ətraflı məlumat veriləcək.
Bir daha bildiririk ki, sözügedən qaydalar təsdiqlənməyənə qədər Dövlət Komitəsinin nəzir qutuları və ianələrlə bağlı məsələləri tənzimləməsi, eləcə də nəzarət etməsindən danışmaq doğru deyil və əsassızdır”, - deyə Komitənin məlumatında vurğulanıb.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb