logo

Prokurorluq Xızıda un dəyirmanında iki nəfərin  ölməsi faktını araşdırır

11:55 14-08-2023 | icon 1267
Prokurorluq Xızıda un dəyirmanında iki nəfərin  ölməsi faktını araşdırır

Avqustun 13-də Xızı rayonunda yerləşən un dəyirmanı müəssisəsində iki nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, ilkin araşdırma zamanı həmin müəssisədə iş görərkən 1974-cü il təvəllüdlü Cavid Qocayevin və 1981-ci il təvəllüdlü Müşfiq Muqbilovun texniki quyularda yaranmış qazdan zəhərlənmə nəticəsində ölməsi, 1985-ci il təvəllüdlü Xəyal Rəsulovun isə zəhərlənməsi müəyyənləşdirilib.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda araşdırma aparılır.