logo

SOCAR-ın Sumqayıtdakı zavodunda çilingər  günvurmadan ölüb

12:44 11-08-2023 | icon 5992
SOCAR-ın Sumqayıtdakı zavodunda çilingər  günvurmadan ölüb

Son günlər davamlı olaraq müşayiət olunan havanın yüksək temperaturu insanlara mənfi təsir göstərməkdədir.

YeniAvropa xəbər verir ki, SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda çilingər işləyən 59 yaşlı Tahir Quliyevi gün vurub. O, xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq T.Quliyev dünyasını dəyişib.

Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.