Respublikanın daxili işlər orqanları ötən gün ölkə ərazisində törədilmiş 83 cinayətin üstünü açıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki,əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 91,o cümlədən borclu şəxs qismində axtarılan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb
Narkotiklərlə əlaqəli 42, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 71 nəfər saxlanılıb.