logo

Paytaxtda istirahət mərkəzinin icarədarı cərimələnib

16:56 10-08-2023 | icon 1582
Paytaxtda istirahət mərkəzinin icarədarı cərimələnib

Bakıda istirahət mərkəzinin icarədarı cərimələnib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 8-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Səbail rayonunun Şıx çimərliyi ərazisində keçirdikləri tədbirlər zamanı atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması faktı aşkarlanıb.

Fakta görə çimərlik ərazisindəki istirahət mərkəzlərindən birinin icarədarı barədə İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.