logo

İsti hava şəraiti avqustun ortalarınadək davam edəcək

13:31 09-08-2023 | icon 1442
İsti hava şəraiti avqustun ortalarınadək davam edəcək

Ölkə ərazisində isti hava şəraiti avqustun ortalarınadək davam edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, bu dövrdə havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40°, bəzi yerlərdə 41-42°, bölgələrdə 37-41°, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44°, dağlıq ərazilərdə isə 29-34°-dək isti olacağı gözlənilir.