logo

Şabranda dənizdə boğulan 13 yaşlı oğlanın meyiti tapılıb

11:11 09-08-2023 | icon 1645
Şabranda dənizdə boğulan 13 yaşlı oğlanın meyiti tapılıb

Şabranda dənizdə boğulan 13 yaşlı Dəmirov Elmir Əlizaman oğlunun meyiti tapılıb.

YeniAvropa xəbər verir ki, yeniyetmə ailəsi ilə birlikdə istirahət zamanı Şabran rayonu, Çayqaraqaşlı kəndi yaxınlığında dənizdə çimərkən boğulub.

Hadisə ilə bağlı məlumat verildikdən sonra axtarışlara Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.

Elmir Dəmirovun meyiti bu gün səhər saatlarında aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.