logo

İrandan Azərbaycana 15 kq narkotika keçirmək istədilər

14:14 08-08-2023 | icon 1407
İrandan Azərbaycana 15 kq narkotika keçirmək istədilər

Avqustun 6-da saat 13:55-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-dan məlumat verilib.

Bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15 kiloqram 195 qram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.