logo

Paytaxtda mənzildən 34 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

13:53 07-08-2023 | icon 1302
Paytaxtda mənzildən 34 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb

Səbail rayonunun ərazisindəki mənzillərin birindən 34 min 300 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rayon polis idarəsi 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini G.Əliyeva müəyyən olunaraq saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.