logo

Bakıda saxta 200 manatlıqlarla yaşlıları aldadan şəxs saxlanılıb

16:13 04-08-2023 | icon 1869
Bakıda saxta 200 manatlıqlarla yaşlıları aldadan şəxs saxlanılıb

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı ilə vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.

YeniAvropa xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib.

Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub.

Davam etdirilən tədbirlərlə V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.

Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.

Araşdırmalar davam etdirilir