Azərbaycanda avqustun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 28-33° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 40-45 faiz təşkil edəcək
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacaq.
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Səhər tədricən kəsiləcək, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 31-36° isti, dağlarda gecə 12-17°, gündüz 18-23° isti olacağı bildirilir.