Şuşada ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir
Şuşada Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclası keçirilir.
YeniAvropa xəbər verir ki, iclasda İşçi qrupunun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf mühitin və təbii sərvətlərin idarə edilməsi şöbəsinin müdiri Raqub Mirzəyev, ETSN-nin Ekoloji siyasət şöbəsinin Tullantıların idarə olunması sektorunun müdiri Mehman Nəbiyev, FHN-nin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdarəsinin şöbə rəisi Vaqif Fətullayev, Minatəmizləmə Agentliyinin Operativ Qərargahının rəisi İdris İsmayılov, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru İradə Hüseynova və digər üzvlər iştirak edirlər.
İclasda Şuşa rayonunun biomüxtəlifliyi və onun tədqiqi, Şuşa şəhərində bərk məişət tullantılarının idarə olunması, işğaldan azad edilmiş ərazilərdə tikinti-söküntü tullantılarının idarə olunması və onlardan xammal kimi təkrar istifadə edilməsi, Şuşa şəhərində yaşıllıqların mühafizəsi və zənginləşdirilməsi perspektivləri, Şuşa şəhərinin və Daşaltı qəsəbəsinin su təchizatının təmin edilməsi məqsədilə Zarıslı çayı üzərində planlaşdırılan su anbarının texniki-iqtisadi əsaslandırma layihəsi, Şuşa yolunun tikintisi işlərində tələb olunan xammal təminatı, həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işləri ilə bağlı daxil olan müraciətlər, işğaldan azad edilmiş ərazilərdə yaranan tikinti-söküntü,
Kəlbəcər və Laçın rayonlarında tikintisi planlaşdırılan su-elektrik stansiyaları, Şuşa şəhəri ərazisində icra olunan layihələrin ekoloji qiymətləndirilməsi məsələləri müzakirə edilir.
Heç kim Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmir-Muxtar Babayev
COP29-un bağlanış plenar iclası keçirilir
İranda İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclası keçiriləcək
İqlim fəalları inkişaf etmiş ölkələri iqlim maliyyəsi vədinə əməl etməyə çağırıblar
İlham Əliyev həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
Sinoptiklərdən güclü külək xəbərdarlığı
Laçında 4,5 ballıq zəlzələ olub
Sabah Bakıda qısamüddətli yağış yağacaq,17° isti olacaq
Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumunda iştirak edəcək
Ukrayna ballistik raketlər istehsal edəcək
AFFA nümayəndəsi UEFA Gənclər Liqasının oyununa təyinat alıb
Azərbaycan nefti 76,52 dollara satılır
COP29 zolaqlarında yol nişanlarının sökülməsinə başlanılıb
Putin “Oreşnik” raketi ilə öyünüb
İstanbulda I Enerji Forumu çərçivəsində nazirlər sessiyası keçirilib
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
Sumqayıt şəhəri 75 yaşında
Moskvada MDB İqtisadi Şurasının iclası keçiriləcək
"COP29"da iqlim dəyişikliklərinin qorxuducu həddə çatdığını bir daha gördük-Ərdoğan
Sahibə Qafarova MDB PA-nın iclasında "COP29"dan danışıb
“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib
COP29 Sədrliyi bəyanat yayıb
“Trendyol” COP29-da
Şuşa və Ağdama dekabr ayı üçün biletlər satışa çıxarılır
İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasına müraciət ünvanlayıb