logo

Bakıda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıb

11:33 04-08-2023 | icon 1729
Bakıda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıb

Paytaxtda ödəmə terminalından oğurluq etmək istəyən şəxslər saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhər Baş Polis İdarəsi və Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 30-da rayon ərazisindəki piyada keçidlərinin birində quraşdırılan ödəmə terminalından oğurluğa cəhd göstərən Bakı şəhər sakinləri 36 yaşlı Ramal Məmmədli və 31 yaşlı Tural Əhmədov saxlanılıblar.

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində isə avqustun 2-də rayon ərazisindəki evlərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Ucar rayon sakinləri, əvvəllər məhkum olunmuşlar – Vüqar İslamov və Qulu Lətifov saxlanılıblar.

Araşdırmalarla onların müxtəlif vaxtlarda rayon ərazisindəki daha 8 evdən pul, bank kartı və 9 ədəd mobil telefon oğurlamaları da müəyyən olunub.

Hər iki fakt üzrə araşdırma davam etdirilir.